15:50 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
DÜNYA

Almaniyada federal əyalətlərin sayı azaldıla bilər

DÜNYA
Qısa URL
5910

Hazırda 16 federal torpaqdan ibarət olan Almaniyada əyalətlərin sayı azaldıla bilər.

BAKI, 29 iyul — Sputnik. Hazırda 16 federal torpaqdan ibarət olan Almaniyada əyalətlərin sayı azaldıla bilər.

Almaniyanın “Focus-online” saytı xəbər verir ki, bu ölkənin sabiq nəqliyyat və inşaat naziri, Brandenburq əyalətinin keçmiş Baş naziri Manfred Ştolpe hökumətə maraqlı təkliflə çıxış edib. O, Brandenburq, Berlin, Saksoniya-Anhalt və Meklenburq-Vorpommern federal torpaqlarının yeni yaradılacaq bir əyalətdə birləşdirilməsi təklifini irəli sürüb.

Əgər yeni federal torpaq yaradılarsa onun ərazisi hazırda Almaniyanın ən böyük əyaləti olan Münhendən qat-qat böyük (74 min kvadratkilometr) olacaq, əhalisinin sayına görə isə hətta Avstriyanı (9,7 milyon) üstələyəcək.

Almaniyada qədimliyini saxlayan və yenilənməsi nəzərdə tutulmayan üç torpaq var ki, bunlar Baden-Vürtenberq, Bavariya və Reyn-Vestfaliya federal əraziləridir. Ekspertlərin fikrincə, M.Ştolpenin bu layihəsi uzun müzakirələrə səbəb olacaq və bunu reallaşdırmaq asan başa gəlməyəcək.

Əsas mövzular