15:10 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Скончался лидер группировки Талибан Мулла Омар

Taliban lideri Molla Məhəmməd Ömər ölüb

© Youtube
DÜNYA
Qısa URL
12131

BBC-nin məlumatına görə "evi, bank hesabı olmayan, lakin özünəməxsus yumor hissinə malik lider" artıq 2-3 ildir ki, ölüb.

BAKI, 29 iyul — Sputnik. BBC-nin Əfqanıstanın kəşfiyyat və hakimiyyət orqanlarındakı mənbələrinin məlumatına görə, Taliban hərəkatının lideri Molla Məhəmməd Ömər 2-3 il əvvəl vəfat edib. 

Sputnik xəbər verir ki, BBC-nin sorğusuna cavab olaraq Taliban yetkilisi yaxın vaxtlarda bu barədə rəsmi bəyanat olacağının bildirib. 

İndiyədək Molla Ömərin ölümü haqda bir neçə dəfə məlumat yayılıb, lakin sonradan onlar təsdiqlənməyib. İlk dəfədir ki, bu tipli məlumat əfqan hökumətinin nümayəndəsi tərəfindən təsdiq edilir.

Taliblər Molla Ömərin başçılığı altında ötən əsrin sonlarında Əfqanıstandakı vətəndaş müharibəsində qələbə qazanıblar. 

Onun "Əl-Qaidə" lideri Üsamə bin Ladenlə ittifaqı 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinə hücumdan sonra ABŞ-ın Əfqanıstana müdaxilə etməsinə gətirib. 

Həmin zamandan Molla Ömər gizlənib və onun başı üçün ABŞ Dövlət departamenti 10 milyon dollar dəyərində mükafat təyin edib. 

Son illər ərzində Taliban Molla Ömərin adından bir neçə bəyanat yayıb.

Sonuncu bəyanat iyulun ortalarında yayılıb və orada Kabil hökuməti ilə danışıqlar prosesi dəstəklənib.

Bəyanat mətn şəklində taliblərin saytında yerləşdirilib və buna görə də Molla Ömərin sağ olmadığı barədə spekulyasiyalara səbəb olub.

Taliblərin məlumatına görə, Molla Ömər son illər tərki-dünya həyatı yaşayırmış. Onu "evi, bank hesabı olmayan, lakin özünəməxsus yumor hissinə malik lider" kimi xarakterizə edirlər.

Əsas mövzular