22:00 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Kiprikdə bit

Saxta kirpiklər qadının gözündə bit əmələ gətirib

hurriyet.com.tr
DÜNYA
Qısa URL
13501

Həkimlər çinli qadının göz qapağının altından 20-yə yaxın bit çıxarıblar.

BAKI, 29 iyul — Sputnik. Çində gözündə şiddətli qaşınma və göz yaşlarının axması şikayətilə xəstəxanaya gedən qadının müayinəsi həkimləri şoka salıb. 

Sputnik "Daily Mail"ə istinadən xəbər verir ki, Zhang adlı çinli qadın gözünə infeksiya düşdüyünü zənn edib. Onun oğlu anasının göz qapaqlarının altına baxanda orada hərəkət edən həşəratları görüb. 

Xəstəxanada həkimlər və tibb bacıları göz qapağının altında, kirpik diblərində 20-yə yaxın bitin yaşadığını ortaya çıxarıblar. Bitlər bir-bir qadının gözündən çıxarılıb. 

Həkimlər qadının kirpikləri altında bitlərin meydana gəlməsini onun heyvanlarla təması və saxta kirpik taxması ilə əlaqələndiriblər. 

Həkimlər əvvəlcə bitləri başqa bir parazit zənn ediblər. Mikroskop altında araşdırdıqdan sonra onların adi bit olduğunu müəyyənləşdiriblər. Həkimlər qadının gözünü sterilizə etdikdən sonra tibbi maşayla bitləri bir-bir çıxarıblar. Onların qeydinə görə, bu nadir hadisədir, amma hər kəsin başına gəlməsi mümkündür.

  • Kiprikdə bit
    Kiprikdə bit
    hurriyet.com.tr
  • Bit
    Bit
    hurriyet.com.tr
1 / 2
hurriyet.com.tr
Kiprikdə bit

Əsas mövzular