19:52 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Boss və Lider

Kaş ki, mənim müdirim belə olaydı...

myaimglobalbiz.com
DÜNYA
Qısa URL
83420

Sizə dünyanın örnək ola biləcək 8 iş bossunu təqdim edirik.

BAKI, 29 iyul — Sputnik. Ölkəmizdə iş şəraitindən, şərtlərindən şikayətlənmək adi haldır.

Şikayətlər müxtəlifdir: işin çoxluğundan, maaş azlığından, kobun rəftardan və s. Bəs görəsən xaricdə bu sahədə vəziyyət necədir? Sizə dünyanın örnək ola biləcək 8 iş bossunu təqdim edirik.

ABŞ-ın Sietl şəhərində "Gravity" adlı bir texnologiya şirkətinin qurucusu və meneceri Dan Prays, İnsan Qaynaqları departamentinin verdiyi "işçilər xoşbəxt deyillər" raportundan sonra bütün dünyanın haqqında danışacağı bir qərara imza atıb: Öz maaşını təxminən sıfıra endirib şirkətdəki hər kəsin maaşını 400% artırıb. Praysın bu qərarı ilə şirkətdə ən aşağı maaş 70 min dollara qalxıb.

Dan Prays
Dan Prays

FullContact şirkətinin meneceri Bart Lorang, bütün işçiləri istirahətə getməyə məcbur edir. Bundan ötrü o işçilərər maaşdan əlavə illik 7 min 500 dollar ödəyir. Amma onun iki şərti var: Birincisi, bu istirahət əsl istirahət olmalıdır və işçilər bunu sübut etməlidirilər. İkincisi, iki həftə boyunca işçilər heç nir məktuba cavab verməyib şirkətdən heç kimlə əlaqə qurmayacaqlar. Lorant bildirir: “Bunu işçilərin xoşbəxtliyindən çox, işimin getməsi üçün edirəm və nəticə də var".

Bart Lorang
Bart Lorang

Tiens Group Company-nin sahibi,inli milyarder Li Jinyuan, şirkətinin 6 min 400 əməkdaşı ilə birlikdə eynı anda Fransaya istirahətə gedib. Bu aksiya şirkətin qurulmasının 20 illiyinə həsr olunub. Bu istirahət biznesmenə 15 milyon dollara başa gəlib.

Li Jinyuan
Li Jinyuan

Başqa bir kütləvi istirahət həvəskarı boss isə məşhur amerikalı aparıcı Opra Uinfridir. Uinfri öz ad günündə Aralıq dənizi turu təşkil edib və özüylə 1700 işçisini də götürüb. Bu kruizdə bir adamən səyahəti Uinfriyə 7 min dollara başa gəlib.

Opra Uinfri
Opra Uinfri

Boxed adlı oyun şirkətinin meneceri Chieh Huang, işçilərinin ən çox "işaqlarının gələcəyi" mövzusunda narahat olduğunu başa düşəndə 122 işçiyə belə bir müraciət edib: “Neçə uşağınızın olmasının və qiymətlərin fərqi yoxdur. Onların bütün universitet xərcləri mənlikdir." Huang, bu hərəkəti ilə artıq “2015-in ən yasşı bossu" seçilib.

Chieh Huang
Chieh Huang

Single Platform adlı start-up-ın qurucusu və meneceri Uayil Cerilli, şirkətini sıfırdan quraraq 100 milyon dollara satıb. Cerilli bu pulu işçiləri arasında bölüb. Bu aksiyadan işçilərin ən az qazananı 10 min, ən yüksək qazananı isə 1 milyon dollar qazanıb.

Uayli Cerilli
Uayli Cerilli

Filmlərdə almaz bəzəklərdən istifadə edənlər dünyanın ən varlıları, almaz çıxaranlar isə ən yoxsulları kimi göstərilir və buna iqtisadi ədalətsizlik deyilir. Ancaq "Diwali" şirkətində vəziyyət fərqlidir. Bir almaz şirkəti olan "Diwali", almaz çıxaran işçilərinə 570 avtomobil, 200 ev və 300-dən çox almaz zinət əşyası hədiyyə edib. Şirkət bunu qarşılıqsız edib!

Diwali şirkətinin rəhbəri Savji Dholakia
Diwali şirkətinin rəhbəri Savji Dholakia

Əslində bütün bu proseslərə start verən Netflix şirkətidir… Rəqəmli yayımın lideri olan şirkət bütün siyasətini "ofissizlik" və "toplantısızlıq" üzərində qurub. Bunun ardınca isə media dünyasının başqa bir nəhəngi olan Virgin Group-un rəhbəri Riçard Branson işçilərə ofisə gəlməyi qadağan etdi. Hazırda şirkət işçilərinin 80 faizi evdən işləyir və fövqəladə vəziyyət olmadıqca toplantı keçirilimir.

Riçard Branson
Riçard Branson
Teqlər:
lider necə olmalıdır, liderlik haqqında, Boss və Lider, Netflix şirkəti, Diwali, Single Platform startup, Boxed adlı oyun şirkəti, Tiens Group Company, FullContact şirkəti, Gravity, Riçard Branson, Savji Dholakia, Uayil Cerilli, Chieh Huang, Opra Uinfri, Li Jinyuan, Bart Lorang, Dan Prays

Əsas mövzular