23:11 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
DÜNYA

Moskvada 20 İŞİD-çi həbs edildi

DÜNYA
Qısa URL
6711

Moskva vilayətinin Balaşixa qəsəbəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 20 nəfər həbs edilib.

BAKI, 25 iyul — Sputnik. Moskva vilayətinin Balaşixa qəsəbəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 20 nəfər həbs edilib. 

Sputnik xəbər verir ki, Rusiyanın təhlükəsizlik xidmətindəki bir mənbə onlara daxil olan məlumat əsasında Balaşixada yerləşən bir binanın girişində yerləşən məsciddə əməliyyat keçirildiyini bildirib. Əməliyyat nəticəsində Şimali Qafqaz və Asiya ölkələrindən gələn 20 nəfər həbs edilib. 

Mənbə bildirib ki, hal-hazırda bu şəxslərin radikal qruplaşma ilə əlaqələri araşdırılır. 

Moskva vilayətinin polisi əməliyyat barədə məlumatı təsdiqləyib.

"Bizə verilən bir məlumatla bağlı sözügedən vətəndaşların radikal qruplaşma ilə birgə fəaliyyətlərinin araşdırılması üçün əməliyyat həyata keçirmişik", — deyə Moskva dairəsinin polis idarəsindən bildiriblər. 

Kremlin mətbuat katibi Dmitri Peskov Federal Təhlükəsizlik Xidməti (FTX) ilə ölkənin digər xüsusi xidmətlərinin vətəndaşların Rusiyada qadağan edilən terror təşkilatı İŞİD-in sıralarına qoşulması ilə bağlı vəziyyəti davamlı olaraq nəzarət altında saxlayır. 

Peskov, "Terror təşkilatlarının təsiri, təməlçilik və radikallıq ideologiyası beynəlxalq terrorizmin maraq dairəsində olan məsələdir, qanunlara riayəti təmin etmək isə FTX-nin çalışdığı bir sahədir." — deyə bildirib.

Əsas mövzular