14:03 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
32631

Ekspert: Unutmaq olmaz ki, Tehran hələ də Bəşər Əsədi dəstəkləyir.

BAKI, 24 iyul – Sputnik. BDU-nun professoru Qulu Məhərrəmli, Sputnik-ə müsahibəsində, türk ordusunun dünən gecə İŞİD-in mövqelərinə endirdiyi zərbələri və Suriyaya mümkün hərbi müdaxiləni dəyərləndirib.

 “Türkiyənin Suriyaya hərbi müdaxiləsi çətindir. Çünki hökumət bu istiqamətdə özünü tam inamlı hiss etmir. Belə müdaxilə üçün şans 4 il öncə türk hərbi təyyarəsi Bəşər Əsəd ordusu tərəfindən vurulanda mövcud idi. Lakin o zaman Ankara buna cürət edə bilmədi. İndi vəziyyət daha da pisləşib. İŞİD faktoru ortaya çıxıb. PKK-nın qolu olan PYD-nin Suriyanın şimalında fəaliyyəti göz önündədir. Bütün bunlarla eyni anda mübarizə aparmaq mümkün deyil”, deyə o bildirib.

Qulu Məhərrəmli, Suriyaya müdaxilə üçün İran və Rusiyanın razılığının əsas olduğunu da bildirib. 

“Suriya probleminin həllində, İranın tutduğu mövqe həlledicidir. Bu ölkənin qlobal siyasətdəki kodu getdikcə aydınlaşmaq üzrədir. Çünki Amerika Birləşmiş Ştatları belə Suriya böhranıyla bağlı rəsmi Tehranla aktiv müzakirələr aparır. Əgər Türkiyə Suriyaya müdaxilə edəcəksə İran faktorunu göz önünə almalıdır. Unutmaq olmaz ki, Tehran hələ də Bəşər Əsədi dəstəkləyir. Bu dəstək bütün sahələri- həm siyasi, həm hərbi həm də maliyyə sahələrini əhatə edir”, deyə ekspert qeyd edib.

Teqlər:
BDU-nun professoru, Türkiyə Suriya, İŞİD, Qulu Məhərrəmli, Suriya, Türkiyə

Əsas mövzular