15:11 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
7301

Parti başladıqdan 20 dəqiqə sonra gəmi yükdaşıyan qayıqla toqquşaraq batıb.

BAKI, 23 iyul – Sputnik. Misirdə arzuolunmaz hadisə baş verib. Keçirdikləri toy mərasiminin yadda qalan olması üçün Nil çayının sahilinə toplaşan dəvətlilər, buradan gəmiyə doluşublar. Parti başladıqdan 20 dəqiqə sonra gəmi yükdaşıyan qayıqla toqquşaraq batıb. 

Hadisədə 21 nəfər dünyasını dəyişib, 6 nəfər itkin düşüb. Qəzada ölənlər arasında iki uşağın olduğu da bildirilir. 

Yük daşıyan qayığın kapitanı və köməkçisi polis tərəfindən nəzarətə götürülüb. 

Nil çayında xidmət göstərən gəmilər köhnə olduğu üçün tez-tez qəzalar yaşanır. 

2006-cı ilin fevral ayında da oxşar hadisə yaşanmış, Qırmızı dənizdə bir gəminin batması nəticəsində mindən çox insan həyatını itirmişdi.

Əsas mövzular