15:55 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
DÜNYA
Qısa URL
11101

Mark Milley: Rusiya ABŞ-ı yox etmək üçün lazım olan nüvə potensialına sahib tək ölkədir.

BAKI, 23 iyul – Sputnik. Birləşmiş Ştatlar Baş Qərargah rəisliyinə namizəd olan general Mark Milley senatdakı çıxışında ABŞ-ı məğlub edə biləcək ölkənin adını açıqlayıb. O, bu gücün ancaq Rusiya ola biləcəyinə işarə edib. 

“Rusiya ABŞ-ı yox etmək üçün lazım olan nüvə potensialına sahib tək ölkədir”, deyə Mark Milley əlavə edib. 

Milley bu fikirlərin sadəcə özünə aid olmadığını, bənzər açıqlamanı bir ay əvvəl general Cozef Danfordun da dilə gətirdiyinə diqqət çəkib. 

Generalın açıqlamasına Birləşmiş Ştatlar Dövlət departamentindən cavab gecikməyib. Sözçü Mark Toner, Rusiyanı özlərinə təhdid olaraq görmədiklərini, fikir ayrılıqlarına baxmayaraq Rusiya ilə bir çox sahədə əməkdaşlıq etdiklərini bəyan edib.

Teqlər:
Birləşmiş Ştatlar, ABŞ Rusiya, ABŞ generalı, Mark Toner, Cozef Danford, Mark Milley, Rusiya, ABŞ

Əsas mövzular