12:16 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
US Treasury Department has imposed new sanctions against nine Iranian people and entities in an action unrelated to Iran’s nuclear program

İranın dünya ilə problemi təkcə nüvəylə bağlı deyil

Borna_Mir
DÜNYA
Qısa URL
İran nüvə razılaşması (13)
8901

Vasif Əfəndi: İranla bağlı gerçəklik yetimin papağının qaytarılması misalındakı kimidir.

BAKI, 15 iyul — Sputnik. İran tərəfi nüvə ilə bağlı danışıqların nəticəsini İran diplomatiyasının qələbəsi kimi qələmə versə də, əsl gerçəklik yetimin papağının qaytarılması misalındakı kimidir.

Bu sözləri Sputnik-ə açıqlamasında politoloq Vasif Əfəndi deyib. O, danışıqların nəticəsinin İranın diplomatik uğuru olmadığını və ona qarşı sanksiyaları tam dayandırmayacağını bildirib:  "Altılıq ölkələrinin Vyanada İranla nüvə danışıqları başa çatdı. İran tərəfi bu danışıqların nəticəsini İran diplomatiyasının qələbəsi kimi qələmə verməsinə baxmayaraq, əsl gerçəklik yetimin papağının qaytarılması misalındakı kimidir. Yəni yetimin başından papağını alıb bir müddət saxladıqdan sonra qaytararkən yetim elə bilir ki, bütün dünyanı ona bağışlayıblar.

Bu razılaşmaya görə İrana yalnız 3.67 faiz uranı zənginləşdirməyə icazə verilib. Daha doğrusu, İran tərəfi artıq uranı icazə verilən qədər zənginləşdirib. Bundan artığını zənginləşdirməmək öhdəliyi götürən İran yalnız iqtisadi sanksiyaların bir qisminin götürüləcəyinə ümid edə bilər. Sanksiyalar isə qismən aradan qaldırılacaq."

Politoloq əlavə edib ki, İranın dünya ilə problemi yalnız nüvəylə bağlı deyil. Daha önəmli olan terrora dəstək və insan haqları məsələsidir ki, bu da başqa tələblər qoyur.

Mövzu:
İran nüvə razılaşması (13)

Əsas mövzular