10:22 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
İran nüvə razılaşması (13)
1901

Avropalı diplomat: Saziş imzalandıqdan sonra sanksiyalar ilin sonunadək dondurulacaq, bu müddət ərzində onların tam ləğv edilməsi üçün bütün məsələlər razılaşdırılacaq.

BAKI, 14 iyul — Sputnik. Avropa İttifaqı İrana qarşı sanksiyaları ilin sonunadək (sanksiyalar tam ləğv edilənədək) donduracaq.

Sputnik xəbər verir ki, bu barədə "Altılıq" ölkələrinin toplantısında iştirak edən avropalı diplomatik mənbə bildirib.   

“Saziş imzalandıqdan sonra sanksiyalar ilin sonunadək dondurulacaq, bu müddət ərzində onların tam ləğv edilməsi üçün bütün məsələlər razılaşdırılacaq” — deyə diplomat əlavə edib.   

Onun sözlərinə görə, bu qərar artıq bu gün, iyulun 14-də qəbul edilə bilər, çünki hazırda Aİ-nin İrana qarşı sanksiyaların dayandırılmasına dair qərarının müddəti iyulun 13-dək qüvvədə olub.   

Məlumata görə, 2015-ci ilin sonunadək İranın nüvə proqramında hərbi istiqamətin olub-olmamasına aydınlıq gətirilməsi sanksiyaların aradan qaldırılması üçün əsas şərtdir.   

Mövzu:
İran nüvə razılaşması (13)
Teqlər:
Altılıq ölkələr, Altılıq, Avropa İttifaqı, İran

Əsas mövzular