20:24 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Папа Римский Франциск

Roma Papası dünya ölkələrini kapitalizmdən imtinaya çağırıb

© Flickr /
DÜNYA
Qısa URL
8111

Roma papasını canlı dinləmək üçün Argentina prezidenti Kristina Kişner qonşu Paraqvaya səfər edib.

BAKI, 13 iyul – Sputnik. Katolik xristianların lideri, Roma Papası Fransis 3 ölkəni əhatə edən Latın Amerikası turnesini tamamlayıb. 

Sputnik Euronews-a istinadən xəbər verir ki, son səfərini Paraqvaya edən Papa bu ölkədə olduqca izdihamlı kütlə qarşısında çıxış edib. Çıxışında kapitalizm əleyhinə mesajlar verən Roma Papası dünya liderlərini yeni iqtisadi sistem yaratmağa çağırıb. 

“Yoxsulluqla ədalətli şəkildə mübarizə aparmaq üçün yeni iqtisadi sistemə ehtiyac var. Siyasi liderlər bu haqda dərindən düşünməlidir. Pul və mənfəət uğrunda insan həyatları fəda edilməməlidir. İşsizlərə, zülmə məruz qalanlara, fərqli mədəniyyətlərə hörmət göstərilməlidir” — deyə papa qeyd edib.  

Roma papasının ayinini canlı dinləmək üçün bir çox argentinalı, o cümlədən, bu ölkənin prezidenti Kristina Kişner qonşu Paraqvaya səfər edib. 

Katoliklərin ruhani lideri bundan öncə Latin Amerikasının ən kasıb ölkələrindən olan Ekvador və Boliviyanı da ziyarət etmişdi.


Əsas mövzular