02:00 18 Oktyabr 2017
Canlı yayım
Eka Zquladze

Saakaşvilinin daha bir kadrı Ukraynada vəzifəyə gəlir

vesti.az
DÜNYA
Qısa URL
1910

Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, milliyətcə gürcü olan Eki (Yekaterina) Zquladze Milli polisin rəisi vəzifəsinə gətiriləcək.

BAKI, 9 iyul — Sputnik. Mixail Saakaşvilinin daha bir kadrı Ukraynada polisdə yüksək vəzifəyə gətirlir.

Sputnik Ukrayna mətbuatına istinadən xəbər verir ki, milliyətcə gürcü olan Eka (Yekaterina) Zquladze Milli polisin rəisi vəzifəsinə gətiriləcək. Bu barədə mətbuata açıqlamasında Ukraya Daxili İşlər naziri  Arsen Avakov bildirib. Onun sözlərinə görə, Milli polisinin yeni rəisi postuna daxili işlər nazirinin birinci müavini Eka Zquladzenin namizədliyinə baxılır. “Mənim fikrimcə, məntiqi olaraq bu posti Eka Zquladze tutmalıdır və o daha şanslıdır.”

E. Zquladze Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin komandasının üzvü hesab olunur. O vaxtı ilə Gürcüstanda 7 il ərzində (2005-2012-ci illərdə) eyni vəzifəni icra edib.

Zquladze 2014-cü ilin dekabrında Ukrayna vətəndaşlığını alıb. Vətəndaşlığı aldıqdan beş gün sonra isə polisdə işləməyə başlayıb.

Onu da qeyd edək ki, Odessa vilayətinin rəhbəri olan Saakaşvili vilayətdə polis sistemində islahatlara başlayacağını bəyan edib və ABŞ-ın Kaliforniya ştatından olan polisləri işə cəlb edib.

Əsas mövzular