02:08 18 Oktyabr 2017
Canlı yayım
politoloq Elxan Şahinoğlu \ Политолог Эльхан Шахиноглы

İsrail erməni kartını işə salır

sputnik.az
DÜNYA
Qısa URL
14611

Elxan Şahinoğlu: Əgər İsrail parlamenti uydurma soyqırımı tanısa Azərbaycanla əlaqələri korlanacaq.

BAKI, 9 iyul – Sputnik. Sputnik Türkiyənin Yeni Şafak qəzetinə istinadən xəbər verir ki, İsrail parlamenti Knesset 1915-ci il uydurma erməni soyqırımı iddiaları ilə əlaqədar qanun hazırlanmasına qərar verib. Parlamentin sədri Yuli Edelstein, uydurma soyqırımın tanınmasını istəyib. Xəbəri İsrail dövlət televiziyası və radiosu da təsdiqləyib. 

Məsələ ilə bağlı “Atlas” araşdırmalar mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu Sputnikə öz dəyərləndirməsini edib. Politoloq belə bir qərarın İsrail parlamentində qəbul olunacağına inanmadığını deyib. 

“Birincisi, əgər İsrail parlamenti belə bir qərarın qəbuluna imza atarsa çox böyük səhvə yol verər. Aydın məsələdir ki, İsrailin Türkiyə ilə münasibətləri gərgindir. Ancaq burda söhbət tək Türkiyədən getmir, həm də ortada Azərbaycan faktoru var. İsrailin ölkəmizlə çox ciddi və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Və onlar heç vaxt bu münasibətlərin korlanmasını istəməzlər. Rəsmi Təl-Əviv çox yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib.”

Politoloq hesab edir ki, rəsmi Bakı ilə əlaqələrə ciddi önəm verən baş nazir Netanyahunun tərəfdarları parlamentdə çoxluq təşkil edirlər və onlar bu cür uydurma iddianın qəbuluna imkan verməzlər.

Əsas mövzular