02:18 18 Oktyabr 2017
Canlı yayım
facebook

Braziliya facebook-dan imtina etdi

webdesignerdepot.com
DÜNYA
Qısa URL
1011

Facegloria adlanan yeni şəbəkənin artıq 100 mindən çox istifadəçisi var.

BAKI, 9 iyul – Sputnik. Braziliyada dindar xriatianlardan ibarət bir qrup komputer proqramçısı erotikanın, söyüşün, qeybətin olmadığı sosial şəbəkə yaradıb. 

Facegloria adlanan yeni şəbəkənin artıq 100 mindən çox istifadəçisi var. 500-dən artıq vulqar ifadələr saytda qadağan olunub. Üstəlik digər sosial şəbəkələrdən fərqli olaraq, hansısa statusu və ya materialı bəyənmək üçün “like” yox “amin” butonundan istifadə olunur. 

Sayt hələlik ancaq portəgiz dilində fəaliyyət göstərir. Lakin yaxın gələcəkdə müxtəlif dillərdə olan vriantının təqdim olunacağı nəzərdə tutulub. 

Saytın dizayneri Atilla Barros deyir ki, facebook-da zorakılıq və pornoqrafiyanın geniş yayılması onları ayrıca xristian sosial şəbəkəsinin yaradılmasına sövq edib.

Homoseksuallığa dair materiallar da bu saytda qadağan edilib.

2013-cü ildə müsəlman proqramçılar da buna bənzər şəbəkə yaratmış və adını Ummaland qoymuşdular. Hazırda həmin şəbəkənin 329 min üzvü var.


Əsas mövzular