00:34 26 Sentyabr 2017
Canlı yayım
MasterCard

MasterCard parolları selfiylə dəyişməyi təklif edir

mastercard.com
DÜNYA
Qısa URL
3111

İnternetdə alver etmək üçün parol yadda saxlamaq yox, sadəcə şəkil çəkdirmək lazım gələcək.

BAKI, 4 iyul — Sputnik. MasterCard onlayn alışları təsdiq etmək üçün parolların əvəzinə selfidən istifadə etməyi təklif edir.

Bu barədə The Telegraph yazır.

Sifətin skanerdən keçmiş şəkli internetdə alqı-satqı edərkən parol daxil edilməsi prosedurunu əvəz edəcək. Təklif müəlliflərinin fikrincə, bu texnologiya müasir nəslin xoşuna gələcək. Alver etmək üçün parol yadda saxlamaq yox, sadəcə şəkil çəkdirmək lazım gələcək.

Hazırda parol əvəzinə biometrik məlumatlardan istifadə iPhone-da istifadə olunur.

Əsas mövzular