16:06 22 Yanvar 2017
Canlı yayım
İsrail ordusu

BMT: İsrail hərbi cinayət törədib

publicbroadcasting.net
DÜNYA
Qısa URL
28 0 0

BAKI, 23 iyun – Sputnik. İsrailin 2014-cü ilin yayında Qəzza sektorunda 51 günlük müharibəsini araşdıran BMT komissiyası İsrail ordusunun hərbi cinayətlər törətdiyinə qərar verib. 

“İsrail ordu qüvvələrinin beynəlxalq insan haqlarını pozmasından və törətdikləri hərbi cinayətlərdən dərin narahatlıq duyuruq”, deyə raportda qeyd olunub.

Sözügedən raporta Təl-Əviv hökumətinin reaksiyası gecikməyib. Prezident Reuven Riflin BMT komissiyasının araşdırmasını sərt tənqid edib.

“Nə vaxt, necə və hansı məqsədlə hərbi gücdən istifadə edəcəyimizi araşdırmaq bizim öz işimizdir. Kənardan hər hansı bir təşkilatın bizi tənqid etməsini qəbul etmirik. Mən prezident olaraq İsrail ordusu ilə qürur duyuram”, deyə prezident bildirib.

Baş nazir Benyamin Netanyahu da BMT-ni təndiq edərək, raportun qərəzli olduğunu deyib. 

“Bu sənəd qərəzlidir və ikiüzlüdür. Raportu hazırlayan komissiya insan haqlarını qorumaqdan başqa hər şeyi edib”, deyə Netanyahu əlavə edib.

51 günlük müharibəni araşdıran BMT komissiyası Həmas döyüşçülərini də tənqid edib. 

Birləşmiş Millətlər nümayəndələri Həmasın hərbi qolu olan “İzzəddin əl Qəssam” dəstələrini nəzərdə tutaraq, döyüşçülərin mülki vətəndaşlardan canlı qalxan kimi istifadə etdiyini açıqlayıb. 

Əsas mövzular

  • Küləkli hava

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağıntılı olacağı gözlənilir

    26
  • Səyyar balıq satıcıları

    Balıqsatan: "Bəzən deyirlər xaricdən dollarla almırsınız ki, niyə baha satırsınız. Daha demirlər ki, hər şeyin qiyməti qalxıb, bu əziyyətlə qazandığımız pulla marketdən heç nə ala bilmirik"

    66
  • Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığındakı Örənqala ərazisi

    Ayağımız altında, öz dövründə Londondan da möhtəşəm olan bir şəhər yatır

    2487