21:59 19 Noyabr 2017
Canlı yayım
Blatter

Blatter 5-ci dəfə FIFA prezidenti seçildi

ibtimes.co.uk
DÜNYA
Qısa URL
FIFA ətrafında qalmaqal (12)
1401

İngiltərə Assosiasiyasının prezidenti Qreq Dayk Blatter FİFA-da qalacağı təqdirdə 2018-ci il dünya çempionatını boykot etməyə çağırıb.

BAKI, 30 may — Sputnik. Zepp Blatter 5-ci dəfə Beynəlxalq Futbol Federasiyaları Birliyinin (FIFA) prezidenti seçilib. Onun rəqibi Əli bin əl-Hüseyn birinci turdan sonra öz namizədliyini geri götürüb. 

Sputnik Euronews-a istinadən xəbər verir ki, FİFA prezidentliyinə seçkilərə diqqət təkcə son günlər bu qurumla bağlı böyük korrupsiya qalmaqalı ilə əlaqədar deyil. Xarici KİV konqress üzvlərinə ABŞ-ın təzyiq göstərdiyini yazıb. 

Səsvermə 1,5 saat uzanıb. Daha yarım saat ərzində isə futbol assosiasiyalarının nümayəndələri selfi çəkə-çəkə dincəliblər. Beləcə bülletenlər sayılıb. Onlardan 3-ü etibarsız hesab edilib. Amma bu nəticələrə təsir etməyib. Blatter 133 səs toplayıb. Tam qələbə üçün onun 7 səsi çatmayıb. 73 səs toplayan Əli bin əl-Hüseyn ikinci turda geri çəkilib. 

Beləliklə, 79 yaşlı Blatter yenidən FIFA-nın prezidenti olub. İsveçrəli futbol kralı gün ərzində özünə əmin görünüb. Özünü danışmayan favorit kimi göstərib. Bunu bukmekerlər də qeyd ediblər.

İlk turda qələbə qazanmaq üçün 209 səsdən azı 140-nı toplamaq lazım idi. Blatterin lehinə 54 Afrika, 48 Asiya ölkəsi səs verib. Şahzadə Əli bin əl-Hüseynin cəbhəsində isə əsasən Avropa olub. UEFA prezidenti Mişel Platini əmin olduğunu bildirib ki, şahzadəyə verilən səslərin 53-dən 45-i məhz Avropadan gəlib. Digər regionlar — Şimali, Mərkəzi, Cənubi Amerika və Okeaniyanın səsləri yarıbayarı bölünüb.

Blatterə yeganə mane ola biləcək səbəb siyasət idi. "Seçkiyə iki gün qalmış 11 FİFA yetkilisinin həbs olunması təsadüf hesab edilə bilməz." Bu barədə qalib Blatter öz nitqi zamanı deyib. "2018 və 2022-ci illərdəki iki kubok qarşıya suallar qoyur. Əgər 2010-cu ilin 2 dekabrında zərflərdə başqa ölkələrin adları yazılmış kağızlar olsaydı, bizim bugünkü problemlərimiz də olmazdı" — deyə Blatter bildirib. 

Portuqaliyalı keçmiş futbolçu Luiş Fiqu FİFA prezident seçkilərinin nəticəsini dəyərləndirib. O, Zepp Blatterin yenidən prezident seçilməsini özünəməxsus şəkildə belə şərh edib: “Blatterin qələbəsi həm FİFA-nın, həm futbolun, həm də futbolsevərlərin məğlubiyyətidir”.

Luiş Fiqu da FİFA prezidentliyinə namizədliyini vermiş, daha sonra isə öz namizədliyini Əli ibn Əl-Hüseynin xeyrinə geri çəkmişdi. 

TV-sentr-in məlumatına görə, FİFA-nın 65-ci konqresinin iştirakçılarının hamısı jurnlistlərdən qaçıblar. Kuluarların başlıca mövzusu isə korrupsiya qalmaqalının faktiki olaraq sözügedən təşkilatı iki düşərgəyə bölməsi olub. Anqlosakslar futbol ictimaiyyətinə bütün mümkün təzyiqləri göstəriblər. İngiltərə Assosiasiyasının prezidenti Qreq Dayk Blatter FİFA-da qalacağı təqdirdə 2018-ci il dünya çempionatını boykot etməyə çağırıb.

Bu arada Konqo Futbol Federasiyasının prezidenti bəyan edib ki, Almaniyanın ünvanına 2006-cı il mundialını keçirmək hüququnu pulla aldığı barədə səslənən ittiham dəyişməz olaraq qalır. "Bu fakta kimsə əvvəl-axır baxmalıdır".

Son günlər baş verən qalmaqalın araşdırılmasına isə lap yuxarıdan başlanılıb. Almaniyanın federal-kansleri Angela Merkel balanslaşdırılmış siyasət yürütsə də, Böyük Britaniyanın baş naziri Devid Kemeron Blatterin istefasını təkidlə tələb edib. "Sizi bu səviyyədə korrupsiyada ittiham edə bilməzlər. Bu miqyasda və belə bir təşkilatda. O, getməlidir. Bu nə qədər tez baş versə, bir o qədər yaxşı olar" — deyə Kemeron bəyan edib.

Braziliya isə Amerika prokurorluğuna etibar etmədiyini vurğulayaraq özü araşdırmalara başlayıb.

Ekvador da ittihamlara uğursuz cəhdlər edib. 

ABŞ inkişaf etməkdə olan ölkələrə təzyiq göstərib ki, Blatterin xeyrinə səs verməsinlər. 

""Qızıl milyardlar" ölkəsi FİFA-nı öz nəzarətində saxlamağa cəhd edir. Ona görə də Latın Amerikası, Afrika və Asiya ölkələrinə qarşı kolonizator yanaşması nümayiş etdirir. Öz zamanında koloniya dövlətləri bu oyundan azad edilirdilər. Hazırda onların iqtisadiyyat, siyasət və idman sahəsində daha çox müstəqillikləri var. Əlbəttə bu, heç də "qızıl milyardlar"ın xoşuna gəlmir. FİFA-ya qarşı "utanmadan göstərilən" təzyiqlər əsas məsələ deyil. Əsas məsələ kolonial metodlarla inkişaf etməkdə olan dünyanı öz nəzarətinə almaq cəhdidir." — deyə TV-sentrin şərhində bildirilir. 

Buna FİFA-nın sabiq vitse-prezidenti, Trinidad və Tobaqoda rüşvət və vergi toplamaqda ittiham edilərək saxlanılan Cek Uorner də işarə edib. "Əgər mən 30 il ərzində FİFA-da oğurluq etmişəmsə, mənə kim pul verib? Belə çıxır ki, həmin adam həbs olunmayıb. Niyə məhz üçüncü ökələrdən olan adamlar həbs edilir?" — deyə Cek Uorner bildirib. 

ABŞ, Britaniya və onların Avropadakı tərəfdarları bütün parametrlər üzrə qalib gəliblər. Əvvəlcə Platini — Blatterin real rəqibi ola biləcək şəxs — UEFA-nın vahid namizədi olmaqdan imtina edib. Şahzadəyə də tam dəstək verməyib. Britaniya Kral Akademiyasının və Amerikanın Prinston Universitetinin məzunu hətta Asiyanın da tam dəstəyini əldə edə bilməyib. İordan rahib evinə və Britaniya elitasına qəti qələbə çatışmırdı. Hazırkı seçkilər hər şeyi yoluna qoysa da bu prosesin özünə nöqtə qoymayıb.

Azərbaycanı FİFA-nın konqresində AFFA Prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edir.

 

Mövzu:
FIFA ətrafında qalmaqal (12)

Əlaqədar

FIFA-da səsvermə başladı, UEFA Zepp Blatterin seçilməsini istəmir

Əsas mövzular