18:59 24 Noyabr 2017
Canlı yayım
Zepp Blatter

FIFA-da səsvermə başladı, UEFA Zepp Blatterin seçilməsini istəmir

o.canada.com
DÜNYA
Qısa URL
FIFA ətrafında qalmaqal (12)
701

UEFA İordaniya şahzadəsi Əli ibn əl-Hüseyni dəstəklədiyini açıqlayıb.

BAKI, 29 may – Sputnik. Rüşvət skandalı ilə sarsılan Beynəlxalq Futbol Federasiyaları Birliyi (FIFA) bu gün özünün yeni prezidentini seçir.

Səsvermə İsveçrənin Sürix şəhərində, qurumun 65-ci konqresində keçirilir.

Məlum hadisələrdən sonra istefa edəcəyi gözlənilən hazırki rəhbər Zepp Blatter isə namizədliyini geri götürməyib. Konqresin açılışında çıxış edən Blatter, 5-ci dəfə yenidən seçilmək üçün dəstək istəyib.

“Qarşıdakı aylar FIFA üçün asan olmayacaq. Yeni xoşagəlməz xəbərlərin bizi gözlədiyindən əminəm. Ancaq biz təşkilat daxilində etibarı yenidən təsis etməliyik. Gəlin, bu bir dönüş nöqtəsi olsun”, deyə Blatter bəyan edib.

FIFA rəhbərliyi üçün yarışan 4 nəfərdən 2-si namizədliyini geri götürüb. Blatterin tək rəqibi İordaniya şahzadəsi Əli bin əl-Hüseyndir.

Avropa Futbol Federasiyaları Birliyi (UEFA) İordaniya şahzadəsi Əli ibn əl-Hüseyni dəstəklədiyini açıqlayıb. Qurumun prezidenti Mişel Platini və 53 üzvü əl-Hüseyinin lehinə səs veriblər.

Mövzu:
FIFA ətrafında qalmaqal (12)

Əsas mövzular