17:11 14 Dekabr 2017
Canlı yayım
MDB hökumət başçılarının iclası

MDB hökumət başçılarının növbəti görüşü Düşənbədə keçiriləcək

youtube.com
DÜNYA
Qısa URL
2 0 0

Bunu hökumət başçılarının Qazaxıstanda keçirilən görüşündə Tacikistanın baş naziri Kohir Rasulzoda deyib.

BAKI, 29 may — Sputnik. MDB hökumət başçılarının növbəti görüşü oktyabrın 30-da Düşənbədə keçiriləcək.

Bunu hökumət başçılarının Qazaxıstanda keçirilən görüşündə Tacikistanın baş naziri Kohir Rasulzoda deyib.

Qeyd edək ki, həmin görüşdə müxtəlif sahələrdə əməkdaşlığı tənzimləyəcək sənədlər imzalayıblar. Gündəlikdə 20 məsələ olub.

Toplantıda maliyyə-iqtisadi fəaliyyət planına, habelə beynəlxalq yüklərin daşınması zamanı nəqliyyat təhlükəsizliyinin təminatı strategiyasına dair sənədlər imzalanıb.

Həmçinin 2020-ci ilədək regionlararası və transsərhəd əməkdaşlıqla bağlı konsepsiyanın fəaliyyət planı nəzərdən keçirilib. İclasda Azərbaycan, Türkmənistan və Özbəkistan baş nazirin müavinləri səviyyəsində təmsil olunub.

Əsas mövzular