15:46 20 Noyabr 2017
Canlı yayım
həbs

Moskvada qətl törədən azərbaycanlı həbs edildi

gazeta-bam.ru
DÜNYA
Qısa URL
1001

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları, may ayının 27-nə keçən gecə Moskvada polis əməkdaşının qətlində şübhəli bilinən şəxsi saxlayıblar.

BAKI, 29 may – Sputnik. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları, may ayının 27-nə keçən gecə Moskvada polis əməkdaşının qətlində şübhəli bilinən şəxsi saxlayıblar.

Cinayəti törədən şəxsin 1990-cı il təvəllüdlü azərbaycanlı Nemət İlham oğlu Rəşidov olduğu dəqiqləşib. 

Polis əməkdaşının həyatına qəsd etməkdə şübhəli bilinən Nemət Rəşidovun axtarışı cəmi bir neçə saat çəkib. 

Moskva Dairəvi Avtomobil Yolunun yaxınlığında olan cinayətkar post patrul xidməti tərəfindən saxlanılıb.

Hadisəni törədən Nemət Rəşidov avtomobili tərk edib meşəlikdə gizlənib. Onu saxlama cəhdi zamanı, polislərdən biri ən azı üç bıçaq yarası alaraq dünyasını dəyişib.

Daha öncə bir neçə şübhəlinin saxlanılması barədə məlumat verilmişdi.


Əlaqədar

"Karib dənizinin qulduru"nu 10 ilədək həbs cəzası gözləyir
FIFA-da rüşvət skandalı, prezident həbs oluna bilər
“Bank Technique”dən əməkdaşlarının həbsi xəbərləri ilə bağlı açıqlama

Əsas mövzular