11:15 22 Noyabr 2017
Canlı yayım
ABŞ hərbi yük daşıyan təyyarəsi

Pentaqon Əfqanıstana gedən hərbi yükləri Rusiyadan keçirməyəcək

newsvid.ru
DÜNYA
Qısa URL
701

Pentagon Rusiyadan keçməklə Əfqanıstana ötürülən hərbi yüklərin nəqlini dayandırıb.

BAKI, 29 may – Sputnik. Pentagon Rusiyadan keçməklə Əfqanıstana ötürülən hərbi yüklərin nəqlini dayandırıb. 

"Bizimlə müqavilə əsasında işləyən şirkət karqoları, həm də hərbi təyyarələr hazırda Rusiya ərazisindən tranzit yolu kimi istifadə etmir və bu ölkənin hava məkanı üzərindən uçuşlar həyata keçirmir", — deyə Pentaqon nümayəndəsi bildirib.

Onun məlumatına görə, "ABŞ Əfqanıstanda aparılan hərbi əməliyyatlara maddi-texniki dəstək vermək üçün bir sıra nəqliyyat marşrutlarından, o cümlədən Pakistan ərazisindən keçən yollar və digər variantlardan istifadə edir".

Bir müddət öncə Rusiya Müdafiə nazirliyi Əfqanıstanda gərginliyin artmasının RF və müttəfiqləri üçün təhlükə törətdiyini bildirmişdi.


Əsas mövzular