BAKI, 27 may – Sputnik. Forbes jurnalı 2015-ci il üçün dünyanın ən güclü 100 qadınının siyahısını açıqlayıb.
Keçən il olduğu kimi bu il də, Almaniya kansleri Angela Merkel siyahıda ilk sıranı tutub. Artıq 5-ci dəfədir ki, A.Merkel siyahıya rəhbərlik edir.
Sıralamada bundan başqa, 24 şirkət rəhbəri, 15 dollar milyarderi, 8 dövlət və hökumət başçıları yer alıb.
ABŞ-da 2016-cı il prezident seçkilərində Demokratlar partiyasından namizəd olan Hillari Klinton, ötən illə müqayisədə 4 pillə irəliləyərək 2-ci yerdə qərarlaşıb.
Forbes jurnalının 2004-cü ildən bəri hazırladığı siyahıda iştirak edən qadınlar mediadakı aktivliyinə, siyasi və iqtisadi gedişata yön vermə bacarığına görə təyin olunur.
Dünyanın ən güclü 100 qadını siyahısında ilk onluğu sizə təqdim edirik.
1 — Almaniya kansleri Angela Merkel
2 — ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton
3 — Bill və Melinda Geyts fondunun rəhbəri Melinda Geyts
4 — ABŞ Federal ehtiyatlar sisteminin prezidenti Janet Yellen
5 — General Motors şirkətinin baş meneceri Meri Barra
6 — Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard
7 — Braziliya dövlət başçısı Dilma Russef
8 — Facebook şirkətinin baş meneceri Şeril Sandberg
9 — Youtube-un baş meneceri Suzan Woyçiçki
10 — ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama