19:03 24 Noyabr 2017
Canlı yayım
Zepp Blatter

FIFA-da rüşvət skandalı, prezident həbs oluna bilər

o.canada.com
DÜNYA
Qısa URL
FIFA ətrafında qalmaqal (12)
1601

İsveçrə polisi ABŞ Ədliyyə Nazirliyinin irəli sürdüyü iddiaları aydınlaşdırmaq üçün dünya futbolunun idarəetmə orqanı olan FIFA-nın əməkdaşlarına qarşı əməliyyat keçirib.

BAKI, 27 may – Sputnik. Şantaj, rüşvətxorluq və fırıldaqçılıqda təqsirli bilinən 14 nəfər FIFA rəsmisi barəsində cinayət işi açılıb.

Artıq onlardan 4-ü günahkar olduqlarını etiraf edib. Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliyi tərəfindən hazırlanan iddiada qeyd olunur ki, şübhəlilər FIFA-nın reklam gəlirlərindən öz qazancları üçün sui-istifadə ediblər. Söhbət təxminən 150 milyon dollardan gedir. Həmçinin dünya kubokuna ev sahibliyi etmək istəyən ölkələrdən rüşvət tələb edildiyi də iddialar arasındadır.

Xatırladaq ki, bugün səhər İsveçrə polisi, ABŞ Ədliyyə nazirliyinin ortaya atdığı iddiaları aydınlaşdırmaq üçün, dünya futbolunun idarəetmə orqanı olan FIFA-nın əməkdaşlarına qarşı əməliyyat keçirib. İddiaya görə, 2018 və 2022-ci illər futbol üzrə dünya kubokuna ev sahibliyi edəcək ölkəni təyin etmə prosesində külli miqdarda rüşvət alınıb. 

Əgər məsələ təsqiqlənərsə, qurumun rəhbəri Zepp Blatterin də həbs olunacağı bildirilir. Artıq 6 nəfər, o cümlədən vitse-prezident Ceffri Vebb tutulub. Onlar Sürix şəhərində qaldıqları oteldə polis tərəfindən nəzarətə götürülüblər. 

Birləşmiş Ştatlar tərəfindən idarə olunan əməliyyatda həbs olunanların ABŞ-a ekstradisiya olunması istənilir. 

New York Times jurnalına açıqlama verən bir nəfər amerikalı rəsminin dediyinə görə, proses uzun illər davam edə bilər.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçiriləcək.


Mövzu:
FIFA ətrafında qalmaqal (12)

Əsas mövzular