19:32 23 İyun 2017
Canlı yayım
Benyamin Netanyahu

İsrail Fələstinlə sülh danışıqlarına şərt qoşub

faktxeber.com
DÜNYA
Qısa URL
1210

İsrailin baş naziri Benyamin Netanyahu Fələstinlə sülh danışıqlarına yenidən başlamağı təklif edib.

BAKI, 26 may – Sputnik. İsrailin baş naziri Benyamin Netanyahu Fələstinlə sülh danışıqlarına yenidən başlamağı təklif edib.

O, bunun üçün işğal etdikləri ərazilərdə tikilən yəhudi məskənlərinə etiraz edilməməsini  şərt qoşub. Fələstin tərəfi isə İsrailin bu təklifi ilə razılaşmayıb. 

Fələstin lideri Mahmud Abbas hesab edir ki, işğal altında olan Qərbi Şəriə və Qüdsün şərqindəki yəhudi məskənləri qanunsuzdur və sülh danışıqları üçün şərt qoşula bilməz.

Benyamin Netanyahunun yenidən baş nazir seçilməsindən sonra Avropa və Qərb ölkələrinin Təl-Əviv hökumətinə təzyiqləri artıb. Son olaraq Avropa Birliyinin xarici siyasət rəhbəri Federika Mogerini də İsraili qanunsuz tikinti işlərini dayandırmağa və sülh üçün tutarlı addımlar atmağa çağırıb. O qeyd edib ki, İsrail işğal etdiyi əraziləri qeyd-şərtsiz azad etməli və 1967-ci ildən əvvəlki sərhədlərinə qayıtmalıdır. 


Əsas mövzular