03:03 18 Noyabr 2017
Canlı yayım
Премьер-министр Турции Реджеп Тайип Эрдоган

Ərdoğan üçün bəstələnən mahnıya qadağa qoyuldu

Sergey Guneev
DÜNYA
Qısa URL
1901

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana həsr olunan mahnının hakim Ədalət və İnkişaf partiyasının mitinqlərində səsləndirilməsinə qadağa qoyulub.

BAKI, 26 may — Sputnik. Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana həsr olunan mahnının hakim Ədalət və İnkişaf partiyasının mitinqlərində səsləndirilməsinə qadağa qoyulub.

Bu barədə ölkənin Mərkəzi seçki komissiyası qərar verib. 

“Rəcəb Tayyib Ərdoğan sözügedən partiyanın qurucusu olsa da, o hazırda dövlət başçısıdır. Mövcud konstitusiyaya əsasən, prezident heç bir partiyaya üzv deyil, bu səbəblə də heç bir siyasi partiya öz təbliğatında onun adından və yaxud onun üçün bəsdələnən musiqidən istifadə edə bilməz”, deyə qərarda bildirilir. 

Türkiyədə bir çox siyasi analitiklər, AK partiyanın mitinqlərində Ərdoğana aid mahnıların səsləndirilməsinin, o cümlədən prezidentin öz tədbirlərində hakim partiya üçün xalqdan səs istəməsinin mövcud konstitusiyaya zidd olduğunu bildirirlər. 

İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək.


Əsas mövzular