02:18 24 İyun 2017
Canlı yayım
İnkvizisiya

"Müqəddəs" cinayətin başlanğıcı

pravmir.ru
DÜNYA
Qısa URL
1301

1232-ci il mayın 26-da Roma papası IX Qriqori İspaniya əyaləti olan Araqona ilk inkvizitorları göndərib.

BAKI, 26 may — Sputnik. 1232-ci il mayın 26-da Roma papası IX Qriqori İspaniya əyaləti olan Araqona ilk inkvizitorları göndərib.

Bununla da iki əsrdən sonra çiçəklənəcək məşhur ispan inkvizisiyasının əsası qoyulur. İspan inkvizisiyasının ən görkəmli nümayəndəsi Torkvemada şəxsən 8800 nəfərin edamı əmrini verib.

Müqəddəs inkvizisiya (lat.  Inquisitio Haereticae Pravitatis Sanctum Officium — "Bidətçi günahların təhqiqatı müqəddəs şöbəsi"). Roma Katolik kilsəsinin bidətçiliklə mübarizəüçün yaradılmış təsisatlarının ümumi adı belədir. 

Əsrlərlə katolik kilsəsi öz rəqibləri ilə inkvizisiyanın köməyilə mübarizə aparıb. Onlara qarşı amansız işgəncə üsullarından istifadə olunub. İnkvizitorlar üçün əsas həmin şəxslərin günahının etirafı olub. Dəhşətli işgəncələrdən sonra isə etiraf etməyən çətin tapılırmış. Əksər hallarda söhbət heç bə bidətçiliərlə deyil, məhz rəqiblərlə mübarizədən gedib. İnkvizisiyanın ən məşhur qurbanlarına gəldikdə Janna D'Arkın, Nikolay Kopernikin, Cordano Brunonun, Qalileo Qalileyin, Dante Aligyerinin, Yan Qusun və Martin Lüterin adlarını çəkmək olar.


Əsas mövzular