03:03 18 Noyabr 2017
Canlı yayım
Andjey Duda

Polşalılar yeni prezidenti seçdilər

eu.thenews.pl
DÜNYA
Qısa URL
3511

Seçkidə 53% səs yığan Hüquq və Ədalət Partiyasının milliyyətçi namizədi Andjey Duda qalib gəlib.

BAKI, 25 may — Sputnik. Polşalılar yeni prezidentlərini seçmək üçün dünən səsvermə məntəqələrinə üz tutublar. 

Rəsmi olmayan ilk nəticələrə görə, seçkidə 53% səs yığan Hüquq və Ədalət Partiyasının milliyyətçi namizədi Andjey Duda qalib gəlib. O, hazırki prezident Bronislav Komorovskini 6 % səslə geridə qoyub.

"Seçki kampaniyamda iştirak edib bizi dəstəkləyən hər kəsə, milyonlara təşəkkür edirəm. Birlikdə bu ölkəni yaxşı idarə edə biləcəyimizə əminəm. Çünki bu tək adamın işi deyil. Prezident və hökumət öz aralarında həmrəy olsa da, cəmiyyətin dəstəyi olmadan heç nəyi bacarmaq olmaz", deyə Andjey Duda qeyd edib.

Duda iki həftə əvvəl keçirilən ilk turda 34,8, ən yaxın rəqibi Komorovski isə 32,2 % səs yığmışdı. Heç bir namizəd 50 %-i keçə bilmədiyi üçün seçkilər ikinci tura qalmışdı.
62 yaşlı Bronislav Komorovski, nəticələr açıqlandıqdan sonra məğlubiyyəti qəbul edib.

"Bu qərarı müstəqil və demokratik Polşanın vətəndaşları verdi. Demokratiya təkcə xalqın seçimini qəbul etməkdən ibarət deyil. Eyni zamanda bu seçimə hörmət bəsləməkdir. Bu səbəblə seçkidəki rəqibim Andjey Dudanı təbrik edirəm"

Polşada əhalinin 56 %-nin iştirak etdiyi prezident seçkisi ilə bağlı rəsmi nəticələr bu axşam açıqlanacaq.

 

Teqlər:
səs, demokratiya, namizəd, prezident, seçkilər, Hüquq və Ədalət Partiyası, Bronislav Komorovski, Andjey Duda, Polşa

Əsas mövzular