02:19 24 İyun 2017
Canlı yayım
Olmert

İsrailin keçmiş baş nazirinin cəzası artırıldı

jewishtribune.ca
DÜNYA
Qısa URL
9 0 0

Qüds məhkəməsi İsrailin keçmiş baş naziri Ehud Olmertin "zərfdəki pul" işi üzrə hökm çıxarıb.

BAKI, 25 may — Sputnik. Qüds məhkəməsi İsrailin keçmiş baş naziri Ehud Olmertin "zərfdəki pul" işi üzrə hökm çıxarıb.

Qərara əsasən, Olmert səkkiz ay azadlıqdan məhrum edilib. O həmçinin 8 ay şərti azadlıqdan məhrum olunub.

Keşmiş baş nazir 1993-2002-ci illərdə (Qüdsün meri olarkən) amerikalı biznesmendən şəhərin infrastrukturunu yaxşılaşdırmaq adı altında aldığı pulları şəxsi məqsədlərlə xərcləməkdə müqəssir bilinib. 

Yeni cəza müddəti Olmert barəsində Holyland işi üzrə daha əvvəl çıxarılmış cəzaya əlavə edilib. Bu iş üzrə Olmert Qüdsün meri olarkən rüşvət almaqda müqəssir bilinib. Holyland işi üzrə keşmiş baş nazir 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Olmert daha bir neçə iş üzrə istintaqa cəlb olunub. 

 

Əsas mövzular