19:41 26 İyun 2017
Canlı yayım
North Korean leader Kim Jong Un (2nd R) provides field guidance at the newly built National Space Development General Satellite Control and Command Centre in this undated photo released by North Korea's Korean Central News Agency (KCNA) in Pyongyang May 3, 2015.

Əsgərlərə plov vermədikləri üçün zabitləri öldürtdü

© REUTERS/ KCNA
DÜNYA
Qısa URL
233 0 0

KXDR lideri Silahlı Qüvvələr nazirinin müavini So Hong Chanı və ona yaxın olan zabitləri əmrinə tabe olmayıb əsgərlərə əlavə plov vermədikləri üçün öldürdüb.

BAKI, 22 may — Sputnik. Ötən günlərdə iclasda yuxladığına görə müdafiə naziri Hyon Yong Cholu təyyarəvuran mərmiylə öldürtdüyü iddia edilən Şimali Koreya lideri Kim Jong Un bu dəfə də yüksək rütbəli ordu zabitinə ölüm cəzası verməsilə gündəmə gəlib.

"Daily Mail"-in yazdığına görə, Kim, Silahlı Qüvvələr nazirinin müavini So Hong Chanı və ona yaxın olan zabitləri əmrinə tabe olmayıb əsgərlərə əlavə plov vermədikləri üçün öldürdüb.

Bir sıra şərhçilər Chan-ın, Kim Jong Unun atası və babasının mumiyalanmış bədənlərinin olduğu Kumsusan Sarayına ziyarət zamanı ortalıqda görünmədiyi üçün aradan götürüldüyü qənaətindədirlər.

Şimali Koreya lideri daha əvvəl də yeznəsinin və bibisinin öldürülməsi əmrini verdiyi iddia edilirdi.

Əsas mövzular