17:12 14 Dekabr 2017
Canlı yayım
Qəzza

Dünya bankı: Qəzza üstü açıq həbsxanaya çevrilib

washingtonpost.com
DÜNYA
Qısa URL
2901

Dünya bankı Fələstinin Qəzza sektorundakı iqtisadi vəziyyətlə bağlı yeni raport hazırlayıb.

BAKI, 22 may — Sputnik. Dünya bankı Fələstinin Qəzza sektorundakı iqtisadi vəziyyətlə bağlı yeni raport hazırlayıb.

Hazırlanan sənəddə qeyd olunur ki,  İsrailin hücumları və yerli hökumətin zəif maddi bazası səbəbilə, bölgədə ciddi iqtisadi böhran yaşanır. 

“Maddi islahatların yetərsizliyi, İsrailin aralıqsız hava zərbələri Qəzza sektorunu üstü açıq həbsxanaya çevirib. 2 milyon əhalisi olan şəhərin yarısı işsizdir”, deyə raportda bildirilir.

Misirin əvvəlki prezidenti Məhəmməd Mursi dövründə edilən yardımlarla Qəzzada iqtisadi canlanma yaşanmış, lakin Mursinin hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılmasından sonra bölgə ilə olan sərhəd qapısı bağlanmışdı. Yeni prezident Əbdülfəttah əs-Sisi biraz da irəli gedərək İsrail zülmünə qarşı dirənən Həmas təşkilatını terror siyahısına daxil etmişdi. 

«Həmas» qruplaşması 2006-cı ildə Fələstində keçirilən seçkilərdə qalib gəlmiş, lakin ABŞ və İsrail nəticələri tanımadıqlarını bildirmişdi.

Əsas mövzular