09:03 28 May 2018
Canlı yayım
  • RUB0.0276
  • USD1.7000
  • EUR1.9906
DÜNYA

Solomon adalarında 6,9 bal gücündə zəlzələ baş verib

DÜNYA
Qısa URL
401

Yeraltı təkanların episentri Lata şəhərindən 178 kilometr qərbdə olub, ocağı isə 10 kilometr dərinlikdə yerləşib

BAKI, 21 may — Sputnik. Sakit okean akvatoriyasındakı Solomon adalarında 6,9 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat verib.

Yeraltı təkanların episentri Lata şəhərindən 178 kilometr qərbdə olub, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur, sunami elan edilməyib.

Solomon adaları Sakit okeanın qərb hissəsində yerləşir. Əhalisi 520 min nəfərdən çoxdur.

 

Əsas mövzular