19:28 26 İyun 2017
Canlı yayım
Qətər fəhlələr

Beynəlxalq Əfv Təşkilatı Qətərə xəbərdarlıq etdi

uclu.org
DÜNYA
Qısa URL
401

Beynəlxalq Əfv Təşkilatı 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətərə xəbərdarlıq edib.

BAKI, 21 may — Sputnik. Beynəlxalq Əfv Təşkilatı 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətərə xəbərdarlıq edib.

Təşkilatın yaydığı bəyanatda qeyd olunur ki, Qətər verdiyi sözlərə baxmayaraq immiqrant işçilərin hüquqlarının yaxşılaşdırılmasında çox az məsafə qət edib. Xüsusilə inşaat sektorunda işləyən xarici fəhlələrin qaldıqları yerlər və həyat tərzləri sərt tənqid olunub.

Təşkilatın yaydığı hesabatdan sonra digər bir açıqlama Coca-Cola və Visa şirkətlərindən gəlib. Hər iki kompaniya 2022-ci il Futbol üzrə Dünya kubokunun rəsmi sponsorlarıdır. Qətər hökuməti isə iddia edir ki, bu ilin axırınadək bütün problemlər öz həllini tapacaq.

Ölkədə təxminən 1,5 milyon immiqrant fəhlə işlədiyi bildirilir. Onlar əsasən dünya kubokuna hazırlıqla bağlı aparılan inşaat işlərində çalışır.

"Mühacirlərin əmək haqları vaxtında ödənilmir, bu işçilərin qaldıqları yerlər normalara cavab vermir", deyə bəyanatda qeyd olunur.  

Əsas mövzular