17:01 14 Dekabr 2017
Canlı yayım
Husilər

Husilər Səudiyyə Ərəbistanı hərbi bazasına hücuma keçiblər

internethaber.com
DÜNYA
Qısa URL
18 0 0

Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddəki hərbi bazasına silahlı basqın edilib.

BAKI, 21 may-Sputnik. Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddəki hərbi bazasına silahlı basqın edilib.

18 əsgərin öldürüldüyü, orduya məxsus hərbi texnikanın məhv olunduğu deyilir.

Yəməndə fəaliyyət göstərən Əl-Məsir televiziya kanalının verdiyi məlumata görə, hücum Husi Ənsarullah hərəkatı üzvləri tərəfindən həyata keçirilib. Məsələ ilə bağlı, Səudiyyə Ərəbistanı hökumətindən hələ ki rəsmi şərh verilməyib.

Bu arada, koalisiya qüvvələrinə aid döyüş təyyarələrinin Husilərin nəzarəti altındakı Əl-Anad hərbi bazasını havadan hədəf aldığı qeyd olunur.

Husilərin Yəməndəki irəliləyişini dayandırmaq üçün Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya, 26 Martda "Qərarlılıq Fırtınası" adı verilən hava hərəkatı başlatmışdı. 

Əsas mövzular