21:58 19 Noyabr 2017
Canlı yayım
Seçki bülleten sayma

Almaniyada seçki saxtakarlığı aşkarlanıb

© AZƏRTAC
DÜNYA
Qısa URL
2 0 0

Türkiyədə keçirilmiş parlament seçkilərində ölkə xaricində keçirilən səsvermənin gedişində saxtakarlıq faktı qeydə alınıb

BAKI, 20 may – Sputnik. Türkiyədə keçirilmiş parlament seçkilərində ölkə xaricində keçirilən səsvermənin gedişində saxtakarlıq faktı qeydə alınıb.

Belə ki, Almaniyanın Frankfurt şəhərində 6-1 nömrəli seçki məntəqəsinin sədri Hasan T, mayın 14-də səs verib və siyasi partiya müşahidəçilərindən birindən səsvermə anında onun şəklini çəkməsini xahiş edib.

Lakin Hasan T, 2 gün sonra, seçki qutularının bağlanmasına az müddət qalmış, şəxsiyyət vəsiqəsinin qeydiyyata alındığı bir nəfərin əvəzinə səs verməyə cəhd edərkən yaxalanıb.

Siyasi partiyalardan olan müşahidəçilər və seçki komissiyasının üzvləri Xaricdə Regional Seçkilər Komissiyasının sədarəti qarşısında sözügedən seçki məntəqəsi sədrinin və saxtakarlığı müşahidə etmədiyini deyən digər bir komissiya üzvünün vəzifəsindən azad edilməsi, yerlərinə başqa adamların təyin oluması tələbini qoyublar. 

AKP, CHP, MHP və Səadət Partiyasının üzvlərinin də təmsil olunduğu Xaricdə Regional Seçkilər Komissiyasının sədarəti bu tələbi qəbul edərək Hasan T-nı və digər komissiya üzvünü vəzifəsindən azad edib. 

Xaricdə Regional Seçkilər Komissiyasının AKP-dən olan üzvü Nureddin Çelik seçki saxtakarlığına əl atan şəxsin məsuliyyətə cəlb olunması tələbini irəli sürüb. 

Qərar rəsmiləşdirilmək üçün Ankara Cümhuriyyət Prokurorluğuna göndərilib.

Türkiyənin “Seçkilərin təməl qaydaları və Seçici hüquqları Haqqında Qanunu”nun 160-cı maddəsinin 2-ci bəndinə əsasən başqasının adı altında səs verməyə təşəbbüs edən şəxsləri  3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Xaricdə Regional Seçkilər Komissiyası ölkədən kənarda yaşayan Türkiyə vətəndaşlarının səs verməsini təmin etmək məqsədilə fəaliyyət göstərən qurumdur.    


Əsas mövzular