12:04 14 Dekabr 2017
Canlı yayım
Honda

“Honda” 5 milyon avtomobili geri qaytardı

the-avto.ru
DÜNYA
Qısa URL
1002

Avtomobil şirkəti hesab edir ki, təhlükəsizlik döşəkçəsinin nasosunun konstruksiyasının quraşdırılmasında olan nasazlıq döşəkcənin istənilən zaman açılmasına səbəb ola bilər

BAKI, 20 may — Sputnik. Dünyanın məşhur avtomobil istehsalçılarından Yaponiyanın “Honda” şirkəti beş milyona yaxın avtomobilini geri çağırıb. Sputnik xarici KİV-ə istinadən xəbər verir ki, avtomobillərin geri çağrılmasının əsas səbəbi təhlükəsizlik döşəkçəsində yaranmış nasazlıqla bağlıdır. Təhlükəsizlik döşəkçəsində yaranmış problem avtoşirkəti 4,89 milyon avtomobilini geri çağırmaq məcburiyyətində qoyub. 

Avtomobil şirkəti hesab edir ki, təhlükəsizlik döşəkçəsinin nasosunun konstruksiyasının quraşdırılmasında olan nasazlıq döşəkcənin istənilən zaman açılmasına səbəb ola bilər və şirkət də bunu nəzərə alaraq istehsal etdiyi avtomobilləri geri qaytarır.

“Honda” təhlükəsizlik döşəkçəsini özü istehsal etsə də, nasaz olan hissəni “Takata” firmasından aldığını bəyan edib. Şirkət onu da bildirib ki, bu ilk belə hal deyil. Məhz “Takata” firmasının təhlükəsizlik döşəkçələrindən istifadə etdiyi üçün daha əvvəl “Toyota” və “Nissan” 6,5 milyon avtomobili geri çağırmalı olublar.


Əsas mövzular