02:51 18 Noyabr 2017
Canlı yayım
Ərdoğan

Ərdoğan: Mənə görə Misirin prezidenti Sisi deyil, Mursidir

iha.com.tr
DÜNYA
Qısa URL
402

BMT-də Sisi ilə eyni masada oturmaqdan imtina edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa dövlətlərini Mursunin edam qərarına qarşı konkret mövqe ortaya qoymamaqda ittiham edib

BAKI, 20 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əbdülfəttah Əl Sisini Misir prezidenti saymadığını bəyan edib. Sputnik Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu ölkənin Prezident Şurasının sədri Mladen İvanıçla birlikdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

Türkiyənin dövlət başçısı Misirin devrilmiş prezidenti Mursiyə qarşı verilən edam qərarına münasibət bildirərkən deyib: “Biz Misirdəki çevriliş cəhdinə lap başdan qarşı olduğumuzu bildirmişik. Amma demokratiyaya inanan bir ölkə, demokratiyaya inanan bir siyasətçi kimi belə bir çevrilişi təqdir etməyimiz mümkün deyil. Əslində bu günün gələcəyi dünəndən bəlli idi. Bu, inqilabçıların verdiyi ilk qərar deyil, onlar hazırda yüzlərlə, mindən çox insanı edam etmiş vəziyyətdədirlər. İndi isə xalqın 52 faizinin səsini qazanaraq prezident seçilən Mursini edam cəzasına məhkum ediblər. Mən beynəlxalq platformada davamlı olaraq çevriliş yoluyla hakimiyyəti qəsb etmiş Sisini prezident kimi qəbul etmədiyimi bildirmişəm. Bu gün də demişəm. Burda da deyirəm. Mənə görə prezident Sisi deyil, Mursidir, mən məsələyə belə baxıram.”

Ərdoğan bu məsələni BMT-nin Baş Assambleyasında da qaldırdığını, hətta Sisi ilə bir masada oturmaqdan imtina etdiyini dilə gətirib: “Eyni masada bizə yer ayırdılar, mən gedib o masada oturmadım. Sabah bu təkrarlansa, yenə də oturmayacağam. Əgər otursam, özümü inkar etmiş olaram və o vaxt demokrat olmaram.”

Ərdoğan çıxışında Mursi ilə bağlı konkret mövqe ortaya qoymayan Avropa dövlətlərini də hədəfə alıb: “ Mən dünyada demokratiyanı müdafiə etdiyini söyləyənlərə də deyirəm: Siz neçə demokratsız, bu necə demokratiyadır? Əgər demokratsızsa, demokratiyaya inanırsızsa, onda bu edam qərarı ilə bağlı niyə danışmırsız? Avropa Birliyində edam qadağandır. Əgər Avropa Birliyində edam qadağandırsa, ey Avropa Birliyinin üzvü olan ölkələr, niyə səsinizi çıxarmırsız?! Əhəmiyyətsiz açıqlamalar verirlər. Bah, çox mənalıdır, edam qərarı doğru deyilmiş. Ortada bir günah keçisi var. O da kimdir? 52 faiz səslə seçilmiş Mursi. Niyə bununla bağlı münasibətinizi bildirmirsiz?! Biz bunu gözləyirik.”

Bu məsələylə bağlı qarşıdakı prosesləri yaxından izləyəcəklərini, Türkiyə xarici işlər nazirinin müvafiq addımları atacağını vurğulayan Ərdoğan, bu addımları BMT-də olduğu kimi digər beynəlxalq platformalarda da təqib edəcəklərini bildirib.  

Əlaqədar

Misirin eks-prezidenti Məhəmməd Mursi Türkiyəyə ekstradisiya oluna bilər
Misirin keçmiş prezidenti Məhəmməd Mursi ölüm cəzasına məhkum edilib

Əsas mövzular