20:08 18 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
İŞİD

İraq İŞİD-ə qarşı İrandan kömək istəyir

oko-planet.su
DÜNYA
Qısa URL
101

İraq hökuməti İŞİD terrorçuları tərəfindən ələ keçirilən Ramadi şəhərini geri almaq üçün İrandan dəstək istəyib

BAKI, 19 may — Sputnik. İraq hökuməti İŞİD terrorçuları tərəfindən ələ keçirilən Ramadi şəhərini geri almaq üçün İrandan dəstək istəyib. 

Tehranın dəstəklədiyi şiə milislərin hücuma keçmək üçün hazır gözlədiyi bildirilir. 

Amerika Birləşmiş Ştatları Dövlət departamentindən mövzuyla bağlı verilən açıqlamada qeyd olunub ki, Ağ Ev hökuməti İŞİD-lə mübarizədə Bağdad hökumətinə hərbi məsləhət verməyə və terrorçulara aid hədəfləri havadan bombalamağa davam edəcək. İranlı hərbçilərin İraqa daxil olmasından narahatlıq duyulduğu da vurğulanıb. 

Xatırladaq ki, Bağdad rəhbərliyi bundan öncə də şiə milis dəstələrinin köməyindən istifadə etmişdi. Tikrit şəhəri məhz bu dəstələrin köməyilə İŞİD terrorçularından təmizlənmişdi. 

Bu arada, İranın müdafiə naziri Hüseyn Dehqan dünən İraqa rəsmi səfər edib. Səfərdə əsas gündəm mövzusu bölgədəki İŞİD terroru və ikitərəfli əlaqələr olub. İranlı generalın bu ölkəyə səfəri ilə eyni vaxtda Ağ Evdən açıqlama verilib. Bəyanatda “İranın Yaxın Şərq regionunda artan nüfuzundan qayğı duyulduğu” ifadə olunub.

Əsas mövzular