02:33 24 İyun 2017
Canlı yayım
Əfqanıstan etiraz

Qadını qoruya bilməyən polislər həbs edilib

dw.de
DÜNYA
Qısa URL
6001

Əfqan polislər Quran-i Kərimi yandırdığı iddiası ilə küçədə öldürülən qadını qoruya bilməməkdə təqsirləndirilib

BAKI, 19 may- Sputnik. Əfqanıstanda 11 nəfər polis əməkdaşı 1 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Quran-i Kərimi yandırdığı iddiası ilə küçədə öldürülən Farxunda adlı qadını qoruya bilməməkdə təqsirləndirilib. 

Bir neçə ay əvvəl, paytaxt Kabildə bir qrup radikal şəxs 27 yaşlı Farxundanı küçənin ortasında döyərək öldürmüşdü. 

Lakin sonradan həmin qadının Quranı yandırmadığı üzə çıxmışdı. Hadisə həm Əfqanıstanda həm də beynəlxalq aləmdə böyük etirazlara səbəb olmuşdu.


Əsas mövzular