02:15 24 İyun 2017
Canlı yayım
DÜNYA

Rusiyada VVAQ şöbələri 24 saat işləyə bilər

DÜNYA
Qısa URL
1010

Bu təklifi Ədliyyə Nazirliyi nəzdindəki İctimai Şuranın iclasında Şura üzvü Vladislav Qrib hazırlayır

 

BAKI, 16 may — Sputnik. Rusiyanın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələri (VVAQ) nikah bağlamaq istəyən insanların say çoxluğu ilə əlaqədar bütün gün ərzində, yaxud günün 16 saatı fəaliyyət göstərə bilər.

Rusiya mətbuatı bildirir ki, bu təklifi Ədliyyə Nazirliyi nəzdindəki İctimai Şuranın iclasında Şura üzvü Vladislav Qrib hazırlayır.

O, hesab edir ki, VVAQ-ların iş saatları uzadılmalıdır: "Böyük şəhərlərdə onlar, heç olmasa, gecə saat 11-12-yə qədər işləməlidirlər. Bunun üçün nikahların həftənin hansı günlərində (bu, bazar günü olur) və hansı fəsillərdə (adətən, yay və payızda nikah bağlamaq istəyənlərin sayı artır) nəzərə alınmalıdr".

Əsas mövzular