İcbari tibbi sığorta proqramının necə həyata keçiriləcəyi Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında daha ətraflı müzakirə edilib.
Rusiya Prezidenti Vladimir Putin Dünya Antidopinq Agentliyinin (WADA) Rusiya idmançıları ilə bağlı verdiyi qərara münasibət bildirib.
Rusiya dörd il müddətinə beynəlxalq idman yarışlarından kənarlaşdırılıb. Bu azmış kimi, bu müddət ərzində ölkə dünya çempionatlarını da qəbul etmək hüququndan məhrum edilib.
Bütün dünyada jurnalistlərin təqibi ən böyük problemlərdən biri olaraq qalmaqdadır. Müşfiq Ələsgərli bu problemin həll edilməsinin yolları haqqında danışıb. Daha ətraflı videomuzda.
Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində günün ən bəlalı mövzularından biri - qida təhlükəsizliyi müzakirə edilib. Daha ətraflı videomuzda izləyin.
Bakı-Sumqayıt yolunda yerləşən tikinti bazarı yanır. Ətrafı qatı tüstü bürüyüb. Yanğın səhər saatlarından etibarən başlayıb.
Dünya Antidopinq Agentliyi (WADA) rusiyalı idmançıları dörd il ərzində öz bayraqları altında çıxış etmək hüququndan məhrum edib. Dünya idman ulduzları isə öz rusiyalı həmkarlarını dəstəkləmək qərarına gəliblər.
Türkiyənin ən məşhur simalarından biri, Haluk Levent, Azərbaycanda xeyriyyə konserti verib. Onun məqsədi Türkiyə vətəndaşı olan azərbaycanlı qızı, Sura Nadirovanı xərçəngdən xilas etməkdir. Konsertin necə keçdiyini videomuzda izləyin.
Ənənəvi olaraq Bakıda Yeni il ab-havası Fəvvarələr Meydanında qurulan “Soyuq əllər, isti ürək” yarmarkası ilə başlayır. Siz də bayram atmosferinə qərq olmaq istəyirsinizsə, videomuzu izləyin.
Azərbaycanın tanınmış politoloqları Azərbaycanın növbəti parlament seçkilərindən gözləntiləri müzakirə edib.
İki illik fasilədən sonra Bakıda yenidən kartinq üzrə çempionat keçirilib. Qızğın yarışın necə keçdiyini isə Sputnik Azərbaycanın videosunda izləyin.
Son həftələrdə Azərbaycan-Rusiya münasibətlərində fəallaşma müşahidə edilir. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Moskva, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı səfərləri də bunu təsdiqləyir.
NATO ölkələrinin liderləri Londona “axışıb”. Alyansın 70 illiyini əsl Milad atmosferində – bayram mahnılarının sədaları altında qeyd ediblər.
“Bakutel” sərgisi artıq 25-ci dəfədir ki, öz qapılarını açır. Bu il yubileyini qeyd edən sərgi yeni formatda tərtib edilib. Belə yeniliklərdən biri də Bakı Ekspo mərkəzinin foyesində təşkil edilən Roboparkdır. Daha ətraflı videomuzda izləyin.
Bakıda Azərbaycan və Rusiya XİN başçılarının birgə mətbuat konfransı çərçivəsində həm də Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə edilib. Nazirlərin ətraflı şərhlərini videomuzda izləyin.
Bu gün Bakıda keçirilən mətbuat konfransı zamanı Rusiya Xarici İşlər Naziri Qarabağın icmaları arasında əlaqələrin bərpa edilməsi məsələsinə toxunub. Daha ətraflı videomuzda izləyin.
Qışın ilk günü Moskvada “Lujniki” idman kompleksində qarışıq döyüş növləri üzrə üçüncü beynəlxalq turnir baş tutub. Turnirdə Azərbaycandan iki döyüşçü iştirak edib. İdmançılarımızın çıxışlarından ən parlaq məqamları videomuzda izləyin.
Kənd təsərrüfatında istifadə edilən ağır maşınların sükanı arxasında çox vaxt kişiləri görməyi vərdiş etmişik. Amma Sabirabad rayon sakini Gülsurə İbadova bu stereotipi qırmağa müvəffəq olub. Daha ətraflı videomuzda izləyin.
Ləzgi çörəyini yüz müxtəlif çörəyin arasında ayırd etmək olar. Yastı, yumru, üstü isə deşik-deşik olur. Xüsusi ləzgi xərəyində ocaq üzərində bişirilir. Yüz söz eşitməkdənsə, Sputnik Azərbaycan çörəyin hazırlanma qaydasına özü tamaşa etmək qərarına gəlib.
Bayıl qəsəbəsində həftənin əvvəlində qeydə alınan sürüşmənin fəsadlarının aradan qaldırılması üzrə işlər davam edir. Sputnik Azərbaycan təmir işlərinin gedişatını izləyib.