Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Müdafiə Nazirliyi həftənin önəmli hadisələrini ictimaiyyətə təqdim edib

Abunə olmaq
Videoçarxda “Üç qardaş - 2021” beynəlxalq təlimindən, "Texnofest-2021" festivalından və şəhidlərin Şuşada anım mərasimindən kadrlar yer alıb. 
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlarla bağlı videoçarx hazırlayıb.
Videoçarxda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimindən kadrlar yer alıb. 
Eyni zamanda kadrlarda "Texnofest-2021" festivalı çərçivəsində Azərbaycana məxsus qırıcı təyyarələrinin "Türk ulduzları" ilə birlikdə İstanbul boğazı üzərində göstərdiyi hava şouları əksini tapıb.  
Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı təyyarəsi uçuşları Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4 qırıcıları ilə birlikdə həyata keçirib.
Videoçarxda Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün keçirilən 44 günlük əks-hücum əməliyyatlarında şəhid olmuş qəhrəmanların ailələri ilə birlikdə Şuşada keçirilmiş tədbir də əksini tapıb.  
Sputnik Azərbaycan Nazirliyin mətbuat xidmətinə istinadən həmin videoçarxı təqdim edir.
https://mod.gov.az/az/news/heftelik-icmal-serhsiz-19-09-2021-26-09-2021-video-37773.html
 
Xəbər lenti
0