Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Artilleriya atəşinin ustaları" müsabiqəsində növbəti mərhələ keçirilib

Abunə olmaq
Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən, doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
BAKI, 28 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, komandamızın ikinci heyəti də fərdi mərhələdə uğurla çıxış edib. Təyin olunmuş hədəfləri sərrast atəşlə məhv edən artilleriyaçılarımız hakimlərin qərarına əsasən, doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Rusiya və Qazaxıstandan olan artilleriyaçılar qazanıblar.
Eləcə də oxuyun:
Tankçılarımız “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarında ikinci olublar - VİDEO
Azərbaycan sülhməramlısı: Əfqanıstanda valideynlərini itirmiş uşaqların sayı-hesabı yoxdur
Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsində gecə atışları icra edib
Xəbər lenti
0