Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ufalı rəssam Terminatorun qeyri-adi portretini çəkdi

Abunə olmaq
Yevgeniya Skovart, binanın damında idman avadanlığından portret hazırlayaraq amerikalı aktyor və siyasətçi Arnold Şvartseneggeri 74 yaşı münasibətilə təbrik edib. Ətraflı videomuzda.
Portret yaradılarkən, toplar, boş qutular, tullanma ipləri, müqavimət lentləri və digər idman avadanlıqlarından istifadə edilib. İdman qida bankaları isə şəkli tamamlayıb.
Rəssam portreti yerli "Arena 3000" fitness klubunun damında yaradıb. Yevgeniya, Instagram hesabında prosesin və işinin nəticəsinin videosunu yerləşdirib və ingilis və rus dillərində yazıb:
"Arnold Şvartsenegger, doğum günün mübarək! Dəmir adam sənə dəmir sağlamlıq arzu edirəm! Mən rəssamam və səni belə görürəm! Hər şeyə sahibsən, amma bu cür qeyri-adi materialdan hazırlanmış portretin yoxdur", - rəssam yazıb.
Vəsaitlərin satışından əldə edilən gəliri, Yevgeniya Alzheimer xəstəliyi olan insanlar üçün Rusiya xeyriyyə fondlarına bağışlamağı planlaşdırır.
Xəbər lenti
0