02:48 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
© Ruptly

Sirk filləri Soçi ətrafındakı meşədə istirahət edirlər. Heyvanları subtropiklərə yeni çıxışlarından əvvəl istirqahət etsinlər deyə gətiriblər .Ətraflı videomuzda.

Soçidə fillər üçün hətta su prosedurlarından zövq ala biləcəkləri bir gölməçə tapıblar, ziyarətçilər isə onları meyvə və tərəvəz ilə bəsləyəcəklər.

Filləri cənuba Andrey Dementyev-Kornilov və onun həyat yoldaşı Yekaterina gətiriblər. Kornilovlar sülaləsi fillərlə 130 ildir işləyir.

Soçidə cütlük yalnız istirahət üçün deyil - onlar bölgədə möhkəmlənməyə və fillər parkı açmağa ümid edirlər.

Həvəskarların fikrincə, heyvanlar üçün zəncirsiz və qəfəssiz sərbəst hərəkət edəcəkləri böyük ərazi yaratmaq olar. Öz növbəsində parka gələnlər təbiətdəki nəhəngləri müşahidə edə və mütəxəssislərin nəzarəti altında onlara toxuna bilərdilər.

Digər videolar

Əsas mövzular