11:00 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
© Sputnik / Rahim Mammadov /Gülnar İbrahimova

Azərbaycanın müxtəlif bölgələrində bu Çəpni tayfasının izlərinə rast gəlinir. Bunlardan biri Astaranın Şiyəkəran kəndindədir. Ətraflı videomuzda.

Çəpnilər 22 türk boyundan 21-cisidir. Çəpni iç oğuz nəslindən olub, Göy xanın adı İrkil Xoca tərəfindən verilən və damğası Ağ Sunqur quşu olan 4-cü oğludur. Çəpni tayfaları dalaşqan, işləri çəp gələn və ya çəpləşən olduğu üçün belə adlandırılıblar. 

Kənd sakini Yunus Qulamov türbənin hazırda yerləşdiyi ərazidən qəbristanlıq kimi istifadə olunduğunu Sputnik Azərbaycan-ın müxbirinə bildirib. Y.Qulamovun sözlərinə əsasən burada qəbir qazılarkən orta əsrlərə aid maddi-mədəni nümunələrə və abidələ rast gəlinir.

Bu türbədə dəfn olunan hər iki Çəpninin sərkərdə olduqları güman edilir. “Astaralı araşdırmaçı-müxbir Gülnar Əsədli “Nura qərq olmuş Astaram” kitabında da bu haqda məlumat verib.

 Yunus Qulamov təəssüf hissi ilə bu türbənin Azərbaycanda qorunan türbələr, pirlər siyahısına salınmadığını vurğulayıb. Amma qədim dövrə aid olan palıd ağacının qorunması üçün "Qırmızı kitab"a daxil edildiyini qeyd edib. Qeyd edək ki, Çıraq-Çəpni türbəsinin hazırkı tikilisi isə 2001-ci ildə həmin qəbrin üzərində inşa olunub.

 

Digər videolar

Əsas mövzular