Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bu giləmeyvənin alıcıları fermerin qapısında növbə gözləyirlər

Abunə olmaq
Tovuzda ilk dəfə kütləvi olaraq becərilən böyürtkən növü öz gəlirliliyi ilə seçilir. Ətraflı Sputnik Azərbaycan-ın videosunda.

Sahibkarların məhsullarını sata bilməməkdən şikayət etdiyi bir zamanda alıcıların növbəsini gözlədiyi məhsullar da var. Bunlardan biri də Tovuzda ilk dəfə kütləvi olaraq becərilən böyürtkən növüdür. Görünüşü qara tuta bənzər olsa da, tam yetişəndə yerli böyürtkən qədər dadlı olan giləmeyvənin budaqları tikansızdır.

Bu da onun daha rahat becərilməsinə şərait yaradır. Kütləvi şəkildə əkilmədiyindən, tələbat çoxdur. Əsasən Bakı şəhərinə aparılır. Yerli alcılar isə ən çox restoran və şadlıq evləridir. Qiyməti yerli tikanlı böyürtkənin qiymətilə eyni olur. Fermer natçoz böyürtkəninin ştilini xaricdən gətirtsə də, hazırda özü şitil istehsal edir.

Bu şitillərlə o, gələcəkdə yeni bağın salınmasında istifadə etməyi planlaşdırır. İstəyənlər olanda isə satışını həyata keçirir. İri dənələri ilə seçilən bu böyürtkənin becərilməsində fermer aqronomların məsləhətindən mütəmadi istifadə edir.

Onun məhsuldarlığının qorunub saxlanması üçün isə fermer lazımi metodlarla aqrotexniki qulluq göstərməli olduğunu deyir. Polşadan gətirilən və yerli camaatın naçes (natçoz) moruğu adlandırdığı bu meyvəni tovuzlu fermer rayonda kütləvi olaraq keçən ildən əkdiyini deyir.

Yalnız bir ildir əkilməsinə baxmayaraq, bu yay artıq məhsul götürülür. Fermer İlqar Səmədov hazırda üçüncü dərimin aparıldığını deyir.

 

 

 

 

Xəbər lenti
0