19:42 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
© Ruptly

Bullet adlı ingilis buldoqu skeytbord üzərində gəzməyi öyrənəndən sonra bu əyləncədən vaz keçmək istəmir. Ətraflı - videomuzda.

İtin sahibi Sergey Şukşuyevin sözlərinə görə, Bullet elə birinci dəfədən skeytbordla gəzməyi çox xoşlayıb və indi ondan əl çəkmək istəmir.

“Fikirləşdik ki, skeyt alıb onun üstündə gəzməyi sınaqdan keçirək. Dedik, iti də mindirək, bəlkə, xoşuna gəldi. Russkiy adasına gələndə skeyti maşından çıxartmağa belə macal vermir, səbirsizliklə hoppanıb-düşməyə başlayır”, – Şukşuyev deyir.

Bu dördayaqlı entuziastın sahibi altı yaşlı ev heyvanının sağlamlığının və təhlükəsizliyinin də qayğısına qalır: məşqlərin sayını çoxaltmamağa, itin yalnız günün sərin saatlarında skeytdə gəzməsinə şərait yaratmağa çalışır. Hər belə məşqdən sonra isə Bulletin suda çimib sərinləməsinə imkan verir.

“Bulletin artıq 6 yaşı var, bu, itlər üçün yuxarı yaş hesab olunur, xüsusilə də ingilis buldoqları üçün. Onu qorumağa çalışırıq. Çox sürməsinə imkan vermirik. Bax, indi çox yorulub, hava da yaman istidir, lap bürküdür”, – deyə Sergey fikirlərini bizimlə bölüşür.

Bu quyruqlu idmançının sahibi onu da bildirir ki, məqsədləri heç də Bulletin skeytbord sürmək üzrə rekord qazanması deyil. Bunu yalnız itin xoşuna gəldiyi üçün edirlər və Bulletin adamların az olduğu yerdə skeyt sürməsinə çalışırlar.

“Adamlar görəndə çox təəccüblənirlər. Ancaq çalışırıq ki, insanların gur olduğu yerdə sürməsin. Çünki dərhal böyüklər, balacalar ətrafımıza toplanmağa başlayır. İt kimisə vurub əzə bilər. Bir də axşam saatlarında gəzməyə çalışırıq ki, hava sərin olsun”, – deyə skeyt sürən buldoqun sahibi bildirir.

Digər videolar

Əsas mövzular