06:26 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
© Sputnik / Gulnar Ibrahimova / Taleh Mahmudov

Pomidor mürəbbəsi tam bir sensasiyaya səbəb olan kulinariya təcrübəsidir. “Ivanuşki International”-ın solisti Kirill Turiçenko bu təamı çox sevib. Ətraflı videomuzda.

Pomidordan şirə və turşu ilə yanaşı, başqa nə hazırlayacağınızı bilmirsinizsə, bizi izləyin. Belə ki, bu videomuzda Azərbaycanın Qax bölgəsində yaşayan Həvva Qurbanova pomidordan və ya çeri pomidorundan mürəbbə bişirməyin sirlərini açıqlayıb.

Həvva Qurbanova Sputnik Azərbaycanın bölgə müxbirinə pomidor mürəbbəsinin necə hazırlandığını göstərib.

Bunun üçün bizə pomidor, şəkər tozu, su və soda lazım olacaq. Bu mürəbbənin dadı o qədər qeyri-adi olur ki, ölkəyə gələn qonaqlar da bu mürəbbəni sevirlər.

Məsələn, Rusiyanın məşhur pop qrupu “Ivanuşki International”ın solisti Kirill Turiçenko Bakıya səfəri zamanı qarpız və armud mürəbbəsinin dadına baxıb. Turiçenko Sputnik Azərbaycan-a eksklüziv reportajında bildirib: "Bir çox müxtəlif növ mürəbbələrin dadına baxdım. Tərəvəz mürəbbəsinin olduğunu bilmirdim. Bu qastronomik bir ləzzətdir. Zeytun mürəbbəsinin dadına da elə Azərbaycanda baxdım". 

“Pomidor turşusu ilə heç kəsi təəccübləndirməyəcəksiniz, amma mürəbbə yeni bir şeydir. Bu təamı dadmaq üçün yalnız Azərbaycana gəlin”, - o qeyd edib.

 

Digər videolar

Əsas mövzular