Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Texnikanın gücü" və ya adi avtomobil suda niyə batmır

Abunə olmaq
Pskov sakini “Mazda” avtomobilini suda hərəkət etdirmək üçün modernləşdirib.Sosial şəbəkələrdə suda üzən qəribə obyektin şəkilləri peyda olub. Ətraflı - videomuzda.

Pskov sakinləri və turistlərin təəccüblü baxışları altında zahirən avtomobilə bənzəyən obyekt dalğaların qoynunda gəmi kimi üzməyə başlayıb. Bunun necə baş verdiyini videomuzda izləyin.

Pskov sakini İlya Gerasimov çayda iri, yaşıl rəngli “Mazda-323”də üzdüyü yerdə çəkilən fotolarla internet aləmini şoka salıb. İlyanın sözlərinə görə, bu ideya onda çoxdan yaranıb. Artıq bir neçə ildir ki, Gerasimov öz avtomobillərini modernləşdirməklə məşğuldur. Əvvəllər ixtiraçı avtomobilləri meşədə gəzinti üçün uyğunlaşdırmışdı.

Amfibiya avtomobilin modernləşdirilməsinə isə İlya təxminən bir neçə ay vaxt sərf edib. O, hətta bu məqsədlə həyat yoldaşı ilə birlikdə qarajı emalatxanaya çevirib. Amfibiya avtomobili isə o özü üçün düzəldib və ətrafdakıların reaksiyasını görəndə çox təəccüblənib.

Pskovdan olan bu ixtiraçı maşının təhlükəsizliyinə xüsusi diqqət ayırıb. Bu məqsədlə avtomobilə xüsusi mexanizmlər yerləşdirib ki, suya benzin sızmasın.

“Mənim ixtira etdiyim bu maşın bircə balığın belə ölümünə səbəb olmamalıdır”, - deyə Gerasimov bildirib.

Yerli çimərliklərdə İlyanın gəlişinə yalnız onun suda üzən “Mazda”sına baxmaq arzusunda olanlar deyil, uşaqlar da sevinirlər. Axı Gerasimov balacaları öz üzən maşınında gəzdirir.

Amfibiya avtomobilin yaradıcısı onu da bildirib ki, artıq “internetdə böyük rezonans doğuracaq” növbəti layihə üzərində işləyir.

Sin: Qışda qaraja çəkilib fizika və hidrodinamikanın qanunları ilə bağlı təxmini hesablamalar aparmağa başladım. Nəticədə, bax bu cür özünəməxsus konstruksiya yarandı. Qapıları asanlıqla açılır. İçəri su girmir.

Xəbər lenti
0