Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Lego sevgisi: Çinli leqolardan bənövşəyi şəhər yaratdı

Abunə olmaq
Bənövşəyi şəhərin modeli 700 min leqodan ibarətdir. O, çinli dizayner Li Jinin tərəfindən hazırlanıb. Necə göründüyünə videomuzda baxın.

Bu, Pekinin mərkəzi hissəsində yerləşən dünyanın ən böyük saray kompleksidir. Çindən olan dizayner Li Jinin 700000 Lego parçadan "Qadağan" adlanan bənövşəyi şəhərin modelini hazırlayıb. Yerli uşaq bağçasında nümayiş etdirilən modelin uzunluğu dörd metr və eni 2,4 metrdir. Li Jinin "Qadağan" adlı şəhəri bütün dünyaya doğma ölkəsinin və mədəniyyətinin orijinallığını göstərmək üçün yaradıb.

"İndi 100 milyondan çox Lego parçam var, bunlardan Vestminster Sarayı, Eyfel və Kanton Qüllələrini də inşa etmişəm. Ən böyük məqsədim böyük bir salon açmaqdır. Bu salonda 20 il ərzində hazırladığım işləri sərgiləməyi düşünürəm", - deyə Jinin bildirib.

Xəbər lenti
0